Oğurluq edən şəxslər saxlanıldı

media-hightechnic-468x90

Hacıqabul Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində oğurluq edən iki nəfər şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Yenicag.az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə rayon ərazisində yerləşən iki fərdi yaşayış evindən oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Rəşad Həsənov və Sabirabad rayon sakini Tural Şotayev saxlanılıblar.

Həmin şəxslərin ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onların digər cinayət əməllərinin üstü də açılıb.

Belə ki, T.Şotayevin ətrafında aparılan tədbirlərlə onun Bakı şəhəri ərazisində yerləşən mağazaların birindən 1 310 manat pul oğurladığı, R.Həsənovun isə narkotik maddələrin satışı ilə məşğul olduğunu müəyyən edilib.

Dindirilmə zamanı hər iki şəxs törətdikləri cinayət əməllərini etiraf ediblər.

Faktlarla əlaqədar Hacıqabul RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

media-ziraat-728x90

Oğurluq edən şəxslər saxlanıldı

media-hightechnic-468x90

qandal esas dfgvb72Hüsniyyə Seyidəliyevanın içərisində 5 manatı, açar və kosmetik əşyaları olan çantasını soyğunçuluq yolu ilə alan Ucar rayon sakini Yelmar Surxayzadə və Bakı şəhər sakini Xəyal İsmayılov tutulub.

Onlar DİN-in Təhlükəsiz Şəhər Xidməti, Bakı BPİ-nin Cinayət-Axtarış İdarəsi və Binəqədi RPİ əməkdaşları tərəfindən ələ keçirilib.

Nərimanov RPİ 17-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Əfsanə Xuduyevanın 50 manatını və sənədlərini soyğunçuluq yolu ilə alan Bakı şəhər sakini Röyal Məmmədov tutulub.

Dəllər qəsəbəsinin ərazisində Rusiya Federasiyası vətəndaşı Ələkbər Aslanov şübhəli şəxs qismində saxlanılıb. Onun üstünə baxış zamanı 39 ədəd 5000, 25 ədəd 1000 və 10 ədəd 500 rus rublu olan saxta əskinaslar (225000), habelə 1 ədəd 20000, 1 ədəd 10000, 2 ədəd 5000, 2 ədəd 1000, 1 ədəd 500 və 3 ədəd 50 belarus rublu olan saxta əskinaslar (42650) aşkar edilərək götürülüb.

Nəsimi rayonu ərazisində Bakı şəhər sakini Fəhmin Əlizadəyə məxsus kimyəvi təmizləmə məntəqəsində 4000 manat oğurlanıb. Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən həmin məntəqədə işləyən Neftçala rayon sakini Mahizər Əsgərova tutulub.

Xətai RPİ 37-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 10-da Zeynəb İsmayılovanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədən “Hyundai” markalı avtomobilin sürücüsü – Bakı şəhər sakini İkram Məmmədov saxlanılıb.

Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 9-da Nazim Səfərova bıçaqla xəsarət yetirməklə sağlamlığına ağır zərər vuran Tural Əhmədov tutulub.

Ədalət Əsgərova məxsus “Ford” markalı avtomobildən oğurluğa cəhd göstərmiş şəhər sakini Şahin Aşurov tutulub. O, Şamaxı Rayon Mühafizə Şöbəsi və RPŞ əməkdaşları tərəfindən ələ keçirilib.

Oğurluq etdiyinə görə tutulan Əlikram Əliyevin ətrafında Yasamal RPİ 29-cu PB əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun Bakı şəhər sakinləri Samir Kərimovun, Fərqanə Quliyevanın, Ceyhun Axundovun, Mehman Qurbanovun, Tahir Abbasovun, Afaq İsmayılovanın, Natella Köçərlinin və Mirkamil Hadıyevin evlərindən pul, qızıl, məişət və geyim əşyaları oğurlaması da müəyyən edilib.

Fevralın 11-nə keçən gecə Nəsimi rayonu ərazisindən Abşeron rayon sakini Vadim Həsənova məxsus “VAZ-2106” markalı avtomobil qaçırılıb. Avtomobil həmin gün M.Davudoğlu küçəsində hərəkətdə olarkən Binəqədi RPİ 4-cü PB-nin əməkdaşları tərəfindən saxlanılıb, sürücü, Şamaxı rayon sakini Elnur Heydərov və sərnişini Məhəmməd Quliyev Nəsimi RPİ-yə təhvil verilib(aznews).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600