!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Oğuzda iki kəndi birləşdirən yol bərbad vəziyyətə düşdü - FOTO

!Reklam – Yazi

Oğuz rayonunun Top və Zərrab kəndlərinin yolları uzun illər təmir olunmadığından yararsız vəziyyətə düşüb.

Yenicag.az xəbər verir ki, bu barədə “Report”un Şimal-qərb bürosuna yerli sakinlər məlumat verib.

Sakinlər deyir ki, iki kəndi birləşdirən yolun acınacaqlı vəziyyəti təkcə yerli sakinləri deyil, buraya gələn qonaqların da narahatlığına səbəb olur.

Onların sözlərinə görə, yol o qədər bərbad vəziyyətə düşüb ki, burada həm avtomobillə, həm də piyada hərəkət etmək əsl problemə çevrilib. Xüsusən, qış aylarında bir qədər yağış yağan kimi bu yol keçilməz olur.

Yerli əhali 30 ildir yararsız olan kənd yollarının bərpası üçün aidiyyəti qurumlara müraciət etsələr də, əməli olaraq heç bir tədbir görülməyib. Belə ki, 5 kilometr uzunluğunda olan yol sonuncu dəfə 1990-cı illərdə asfalt örtüyü ilə üzlənib. Zaman keçdikcə, asfalt örtüyü aşınmalara məruz qalıb və yolda müxtəlif ölçülərdə çalalar əmələ gəlib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) “Report”un yerli bürosuna verilən məlumata görə, sözügedən yol artıq təmirə ehtiyacı olan yolların siyahısına daxil edilib.

Qeyd edilib ki, maliyyə vəsaiti ayrılan kimi həmin yolun agentlik tərəfindən təmir işləri həyata keçiriləcək.

www.yenicag.az

246
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv