!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Oğuzun meşələrinin hesabına milyonlar qazanan NAMİZƏD: Eyvaz Qurbanovun biznes sahələri – SİYAHI/VİDEO

!Reklam – Yazi

Ölkədə parlament seçkilərinə sayılı günlər qalıb. 

“Yeni Çağ Media” olaraq daim doğrunun və ədalətin yanında olduğumuzu oxucularımıza göstərmişik. Parlamentə yatmağa gedən, əlini ağdan qaraya vurmayan, deputat adını qazanıb özünə vəkillik edən çoxunu da daim hədəfə alıb ifşa etmişik. Bu gün də bu missiyamız davam edir və seçkilərə qədər namizədlərlə bağlı fikirlərimizi sizinlə bölüşəcəyik.

Yenicag.az-ın seçki marafonu ilə əlaqədar başlatdığı rubrikada bu gün “qonaq” etdiyimiz şəxs bu ilin iyulun 16-da Prezidentin Sərəncamı ilə Oğuz rayonunun icra hakimiyyətinin başçısı vəzifəsindən çıxarılan Eyvaz Qurbanovdur.

Namizədliyi Yeni Azərbaycan Partiyasının (YAP) sıralarından 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən irəli sürülən Eyvaz Qurbanov uzun müddət Oğuz rayonuna rəhbərlik edib. O, 2011-2024-cü illərdə Oğuz Rayon İcra Hakimiyyətinin başçısı kimi çalışıb. E. Qurbanov 2005–2010-cu illərdə isə Oğuz-Qəbələ seçki dairəsindən Milli Məclisin III çağırış deputatı olub.

Apardığımız qısa araşdırma nəticəsində, təəssüflər olsun ki, Eyvaz Qurbanovla bağlı da xoş sözlərin yazılmadığının şahidi olduq.
Onun 13 illik icra başçısı fəaliyyəti dövründə Oğuzda həyata keçirdiyi “möhtəşəm əməllər” ilə bağlı dövri mətbuatda gedən yazını olduğu kimi təqdim edirik:

“Oğuz rayonu icra hakimiyyətinin başçısı Qurbanov Eyvaz Daşdəmir bu illər ərzində Oğuzun meşələrinin hesabına milyonlar qazanıb və yaşıllıqları məhv edib. İcra başçısının qardaşı Mahir Qurbanov Oğuz rayonunun Daşağıl çayının hövzəsində daş, qum-çınqıl istehsal edən şirkət sahibidir. Dəfələrlə Ekologiya Nazirliyi ona xəbərdarlıq etsə də, faydası olmayıb. Mahir Qurbanov da qardaşı kimi ağacları məhv edir, ekologiyaya ciddi ziyan vurur, çayın təbii yatağını məhv edir.

İndi isə keçək icra başçısının qudası Elşad Yusifovun əməllərinə. Bəli, Eyvaz Qurbanovun qudası, maliyyə idarəsinin rəisi olan Elşad Yusifov dövlət vəsaitlərini talayır, tenderləri öz yaxın qohumlarına, dostlarına verirlər.

Oğuzlular deyir ki, icra başçısı ancaq öz qohum-əqrəbası üçün çalışır. Rayonda təmir-tikinti, abadlıq adı altında milyonlarla dövlət vəsaiti mənimsənilir.

Təsəvvür edirsiniz, icra başçısı Calut yolunun üstündəki 3 hektar ərazini qanunsuz olaraq satıb. İcra başçısı Oğuzun mərkəzində özü üçün ikimərtəbəli böyük ticarət mərkəzi tikdirib. Deməli, icra başçısının bütün obyektləri yaxın qohumlarının adınadır. Oğuzda bir qarış da boş torpaq qoymayıb. Hamısını qohumlarının adına özəlləşdirib. 5 hektar torpaq sahəsinin bir sotunu 5-6 min manatdan satır. Dövlətin Oğuzdakı yola ayırdığı 4.5 milyon manat mənimsənilib.

Bu adam özü oğuzlu olsa da, sanki bu yurda qənim kəsilib. İcra başçısının adamları gün ərzində Oğuz meşələrindən ən azı 20 “KamAZ” odun daşıyırlar. Bir “KamAZ” odunun qiyməti isə 600 manatdır. Dövlətin yol tikintisinə ayırdığı pulların hesabına icra başçısı Oğuzun kəndlərinin birində 3 mərtəbəli villa tikdirib. Rayondakı bütün yol, tikinti, inşaat, abadlıq işləri ancaq iki şirkətə verilir: “Rövşən Oğuz Qrup” və “Uğan” MMC. Bu şirkətlər də icra başçısının özünə yaxın şəxslərə məxsusdur. Biz hələ icra başçısının müavininin atributlarımıza qarşı olan hörmətsizliyindən danışmırıq. Sözün qısası, icra başçısı, qardaşı və qudası 11 ildən çoxdur ki, Oğuzu məhv edirlər”.

Yazıdan da göründüyü kimi, Eyvaz müəllimlə bağlı oğuzluların xatirəsində elə xoş anlar yoxdur. Belə olan təqdirdə, 13 il bir rayonu çapıb-talamış adam bu gün niyə həmin ərazidən deputat seçilmək istəyir? Ümid edirik ki, Eyvaz müəllim suallarımızı cavablayar…

Mövzunu davam etdirəcəyik…

COP29

www.yenicag.az

1878
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv