“2017-ci ildə “Lal yuxu” serialını çəkdik, ikimiz də baş qəhrəman idik. Dost kimi bir-birimizi başa düşürük. Orada sevgili obrazını oynayırdıq. Orada çox böyük sevgini yaşadıq”.
Yenicag.az xəbər verir ki, bunu Oksana Rəsulova həyat yoldaşı, tanınmış aparıcı Şəhriyar Əbilovla evlilikdən öncə yaşadıqları sevginin tarixçəsi barədə danışarkən deyib.
Sənətçi gizli izdivacları barədə də danışıb:
“Efirdə bunu deyəcəyini bilmirdim. İstəyirdik, açıqlayaq… Bir ata kimi Şəhriyarı başa düşürəm. Hər kəs öz oğluyla foto paylaşırdı. Şəhriyar da qalırdı ki, niyə edə bilmirəm? İstəyirdik, Osman müəyyən yaşa çatsın, açıqlayaq. İstədik, uşaq dil açsın, danışsın, sonra açıqlayaq. Həm də uşaq elə təmizdir ki, ananın belə gözü dəyə bilər”.
Qeyd edək ki, bu sözləri Oksana “10-da görüşək” proqramında deyib.
Nehru
www.yenicag.az