Amerikalı Ayanna Cekson məşhur reper Tupak Şakurun onu zorlamasından danışıb.
Yenicag.az “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, Cekson bu hadisənin 1993-cü ilə, onun 19 yaşı olarkən baş verdiyini açıqlayıb. Belə ki, Ayanna gecə klublarından birində tanış olduğu reperdən ilk gündəcə sekslə məşğul olmaq təklifi alsa da, bundan imtina edib. Lakin bir neçə gün sonra onlar təkrar görüşüblər. Hər şey də həmin görüş zamanı baş verib.
Tupak Ceksonu maşınına əyləşdirərək qaldığı otelə aparıb. Ayannanı yataq otağına aparan reper onu masaj etməyə başlayıb. Bu zaman Şakurun dostları da otağa daxil olublar. Nəticədə reper və dostları qrup halında Ceksonu zorlayıblar.
Qeyd edək ki, bu hadisəyə görə məhkəmə Tupaka həmin dövrdə 4 illik həbs cəzası alsa da, onun cəmi 9 ayını “yatmışdı”.
Tupak Şakur 1996-cı ilin sentyabr ayında aldığı güllə yarasından altı gün xəstəxanada yatsa da, həkimlər onun həyatını xilas edə bilməmişdi.