Ölkə başçısının bu sirrini yayan müxalif lider öldürüldü
Tacikistan əsilli müxalif lideri Umaralı Kuvatov öldürüldü. Uzun müddətdən bəri İstanbulda yaşayan Kuvatov Fatihdə küçədə vuruldu.
Yenicag.az xəbər verir ki, Tacikistanda “Qrup 24” adlı müxalif hərəkatın lideri olaraq bilinən Umaralı Kuvatov qonağı ilə yemək yedikdən sonra küçəyə çıxıb. Yolda gedərkən yaxınlaşan naməlum şəxs tərəfindən bir güllə ilə öldürülüb.
Bir müddət öncə 47 yaşlı Umaralı Kuvatovun liderlik etdiyi “Qrup 24” hərəkatı internet üzərindən xalqı üsyana təşviq etmək suçu ilə Tacikistanda qadağan edilmişdi. Kuvatov da həbs olunacağını bildiyindən İstanbula qaçmışdı.
Onun fəaliyyəti arasında Tacikistan prezidenti İmaməli Rəhmanın ailə sirrlərini yaymaq önəmli yer tuturdu. Rəhman ailəsinin ölkə idarəetməsindəki gücü ilə bağlı “Qrup 24”ün yaydığı məlumatlar bu respublika ilə bağlı beynəlxalq təşkilatların diqqətini çəkmişdi.