!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ölkəmiz daha bir müsabiqədə fərqlənib

!Reklam – Yazi

Formula1 üzrə 68-ci dünya çempionatı başa çatıb. Qış fasiləsi zamanə çempionatın rəsmi saytı azarkeşlər arasında müxtəlif sorğu və müsabiqələr keçirərək, onları darıxmağa qoymur.

Bu dəfə azarkeşlərə mövsüm ərzində efirə gedən radio danışıqları dəyərləndirmək təklif olunub. Azarkeşlər isə ənənəyə sadiq qalaraq yenə də Kimi Rəykkönenə birincilik qazandırıblar.

F-1.az xatırladır ki, Azərbaycan Qran Prisi finlandiyalı sürücü üçün elə də uğurlu alınmamışdı. Kimi ilk döngələrdə həmyerlisi Valtteri Bottasla toqquşmuş, daha sonra isə trasdakı qırıntılar üzərində təkəri partladığı üçün maşının arxa hissəsi də zədələnmişdi. Boksda mübarizəni dayandırdıqdan bir dövrə sonra yarış qırmızı bayraqlarla dayandırılmışdı.

Ona görə də komanda onun maşınını bərpa edərək yarışa qaytarmağa hazırlaşır və mexaniklər Kimini maşınla birlikdə pit yolunun çıxışına aparırlar ki, trasa Təhlükəsizlik Maşınının önündə qaytarsınlar. Yəni Kimi itirdiyi bir dövrəni bu yolla geri qaytara bilsin. Bu zaman Kiminin mexanikləri ilə maraqlı dialoqu baş tutur…

Kimi Rəykkönen: “Sükanı, əlcəkləri və sükanı verin, (bu zaman əlcəkləri kənardan verirlər) aha. Ver… Sükanı da verin! Hey, HEY! Sükanı, biriniz ona deyin ki, sükanı mənə versin! Tez elə, tərpən!”

Danışığın sonunda soyuqqanı Kimi çox əsəbləşmişdi.

Sonda isə azarkeşlərin ən çox bəyəndikləri ilk onluğu isə təqdim edirik…

COP29

www.yenicag.az

2818
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv