!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ölkəmiz üçün mühüm TARİXİ GÜN: "Vətəndaşlar qürurla öz konstitusion hüquqlarını həyata keçirirlər"

!Reklam – Yazi

“İlk dəfədir ki, parlament seçkilərində insanlar bir könül rahatlığı ilə, torpağın, vətənin sahibi, ərazi bütövlüyü bərpa olunmuş bir dövlətin vətəndaşı kimi qürurla öz konstusyon hüquqlarını həyata keçirirlər”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı fikirlərini bölüşən VI çağırış Milli Məclisin deputatı Fazil Mustafa deyib.

Onun sözlərinə görə, seçkilər normal şəkildə həyata keçirilir.

“Vətəndaşlar demoktatik qaydada öz səslərini gəlib verirlər. Hər hansı bir insident yoxdur və insanlara səs verməsi üçün normal şərait yaradılıb. Bu Azərbaycanın bütün ərazisində keçirilən ilk parlament seçkiləridir. Bu sevindirici haldır. Vətəndaşlarımız da bunu qiymətləndirirlər. Hesab edirəm ki, ilk dəfədir ki, seçkilərdə insanlar bir könül rahatlığı ilə, torpağın, vətənin sahibi, ərazi bütövlüyü bərpa olunmuş bir dövlətin vətəndaşı kimi qürurla öz konstusyon hüquqlarını həyata keçirirlər.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

1590
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv