“Onlar bizim arxamızdan bıçaq vuran insanlardır”

media-hightechnic-468x90

jhjhjhuMilli Məclisin bu gün keçirilən iclasında millət vəkilləri hüquq müdafiəçisi Leyla Yunusun hüquq mühafizə orqanları tərəfindən saxlanılaraq dindirilməsi ətrafında baş verənlərə münasibətlərini bildiriblər.

Millət vəkili, AVP sədri Fəzail Ağamalı qeyd edib ki, bu şəbəkənin bütün üzvlərinin ifşası ilə məşğul olmalıyıq: “ Mən neçə illərdir ki, L. Yunusun Azərbaycan dövləti əleyhinə fəaliyyət göstərdiyini bəyan edirəm. L. Yunusun bütün fəaliyyəti hər zaman ölkəmizin müstəqilliyi əleyhinə yönəlib. O bu məsələdə tək deyil. Bu geniş şəbəkədir və biz hamımız bu şəbəkənin ifşası yönündə fəaliyyətimizi daha da genişləndirməliyik”.

YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov da həmkarının fikirlərinə dəstək olub. S. Novruzov qeyd edib ki, bu gün dünyada baş verən hadisələrə nəzər salsaq görərik ki, dövlət müstəqiliyyinin qorunması məsələsi öndə duran məsələlərdən birincisidir: “Bütün azərbaycan vətəndaşları bu gün hamısı bir olmalıdır. Dövlətin və prezidentin, eləcə də müstəqillyiin ətrafında birləşməlidir. Biz görürük ki, vətən xainləri azərbaycan əleyhinə iş aparanlar, ermənilərə işləyənlər səngərin o biri tərəfində duran düşəmənlərdən daha pisdir. Onlar bizim arxamızdan bıçaq vuran insanlardır, hansı ki Azərbaycan ərazisində yaşayır, fəaliyyət göstərir və beynəlxalq təşkilatlara Azərbaycan haqqında düzgün olmayan məlumatlar göndərir. Sonradan məlum oldu ki, həmin səfirlər xəbər ötürən insanların hesabına Azərbaycana qarşı qərəzli bəyanatlarla çıxış edirlər. Hesabatın erməni mənbələrinə aid olduğunu sonradan bilindi. Ermənilərə çalışan insanlara qarşı işlər görülməldiir. 5-ci kalonun nümayəndələrinə qarşı işimizi ciddi qurmalıyıq ki, vətənimizə xəyanət edən insanlar ifşa olsunlar. Azərbaycan dövlətçiyilinə qarşı çıxış edənlər mütləq layiqli cəzaları almalıdır”.

Millət vəkili çıxışında həmçinin separatçı Ələkrəm Hümmətovun ünvanına sərt fikirlər səsləndirib. Bildirib ki, bu şəxs də ermənilərlə işbirliyinə gedərək neçə illərdir Azərbaycan əleyhinə fəaliyyət göstərir: “Ermənistanda tədbirlərə qatılır. Azərbaycan əleyhinə təhqirlər yağdırır. Bunlar çox yaramaz əməllərdir”.

S. Novruzov eyni zamanda xarici pasport almaq istəyən Azərbaycan vətəndaşlarına da müraciət edib “Xarici işlər nazirliyi bəyanat yaymalıdır ki, başqa bir dövlətin vətəndaşlığını qəbul edib oranın pasportunu almaq istəyirlərsə, o zaman həmin şəxs dərhal Azərbaycan vətəndaşlığına xitam verilməlidir. Hər bir vətəndaş bunu başa düşməlidir. Ola bilər ki, kimsə xarici ölkələrə ticarətlə məşğul olmaq istəsinlər. Inanmıram ki, kimsə könüllü şəkildə Azərbaycan pasportunu qoyub başqa ölkənin pasportunu üzərində daşısın.Yox əgər başqa məqsədlər üçün bunu həyata keçirirsə, o zaman həmin şəxs mütləq şəkildə Azərbaycan vətəndaşlığından uzaqlaşdırılmalıdır”(qafqazinfo.az).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600