!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Onun-bunun yatağını müzakirə edib, adını da qeyrət qoyursuz” - Nura Suri

!Reklam – Yazi

“Boşanmış qadının kişi ilə münasibətinə əxlaqsızlıq kimi baxan cəmiyyətimiz var. Adam öldürmək ayıb deyil, adam sevmək ayıbdır. İnsanın suya, havaya, yeməyə olan ehtiyaclarından biri də sevgi və seksdir”.

Yenicag.az xəbər verir ki, bunu müğənni Nura Suri sosial şəbəkə hesabında yazıb.

Nura cəmiyyətdə həyat tərzi ilə düşüncələri arasında uçurum olan, “namus-qeyrət” adı ilə başqalarının şəxsi həyatına müdaxilə edən insanları sərt tənqid edib:

“Deməli, kiminsə cibinə girmək, rüşvət almaq, şər-böhtan atmaq, qeybət etmək əxlaqsızlıq deyil, amma həyatında sevgi ya seks varsa, əxlaqsızlıqdır. Beynim error verdi. Uşaq vaxtı ailəlikcə müharibə filmlərinə baxmaq normal idi, sevgi filmlərinə baxmaq anormal. Bütün problemlər elə o vaxtdan başlayıb. İnsan belə yaradılıb. Yəni sizin dünyaya gəlişiniz seksin ya da sevginin nəticəsidir. Di gedin, bu fikirlə yaşayın indi.

Həyat tərzinizlə düşüncələriniz, düşüncələrinizlə danışdıqlarınız o qədər fərqlidir ki, çoxunuz özünüzü bir şəxsiyyət kimi formalaşdıra bilmirsiz.

Öz hisslərinizi dilə gətirməyə qorxursuz, fikirlərinizlə sözləriniz uyuşmur. Öz acizliyinizi sizdən güclü insanları şərləməklə, söyməklə ört-bastır etməyə çalışırsız. Kiminsə səviyyəsinə çatmağa yox, öz bataqlığınıza salmağa çalışırsız. Hətta bəzilərinizin yazdığım bu statusu dərk etmə qabiliyyətiniz də yoxdur.

Özünüzü olduğunuz kimi təqdim etmək cəsarətiniz yoxdur. Hər kəsin yanında fərqli obrazlara girirsiz. Özünüzü olmadığınız kimi göstərməyə can atırsız. Hətta bəyənmədiyiniz geyimi belə dəb olduğuna görə alıb geyinə bilirsiz. Bütün günü onun bunun yatağını, şəxsi həyatını utanmadan müzakirə edirsiz, adını da namus, qeyrət qoyursuz”.

Nehru

www.yenicag.az

1113
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv