!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Oruc bir qalxandır: pislik sizə yaxın gəlməz

!Reklam – Yazi

Bu gün 11 ayın sultanı, mübarək Ramazan ayı başladı. Bu ayda Quran yer üzünə nazil olmuşdur. Bundan daha əzəmətli nə ola bilər ki? Uca Allah Qurani-Kərimdə buyurur:

“İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) ramazan ayında nazil edilmişdir…”(Bəqərə, 185)

Uca Allah, Ramazan ayına, digər aylardan fərqli xüsusiyyətlər və üstünlüklər vermişdir:

1. Oruc tutanın ağzının qoxusu, Allah dәrgahında müşk ətrindən daha xoşdur.
2. Mələklər oruc tutanlar üçün iftar vaxtına qədər Allahdan bağışlanma istəyərlər.
3. Allah-təala hər gün Cənnətini bəzəyər və belə buyurar: “Saleh qullarımın üzərlərindəki sıxıntı və əziyyət verən şeyləri ataraq sənə gəlmələrinə çox uzun bir vaxt qalmadı”.
4. Bu ay azğın şeytanlar zәncirlәnir, Cənnətin qapıları açılır, Cəhənnəmin qapıları bağlanır.
5. Bu ayda, min aydan daha xeyirli olan Qədr gecəsi vardır. Bu gecənin xeyirindən məhrum qalan kimsə xeyrin hamısından məhrum qalar.
6. Ramazanın sonunda bütün oruc tutanların günahları bağışlanar. Bu ayda Allahın Cəhənnəm əzabından azad etdiyi şəxslər vardır. Bu Ramazanın bütün gecələrində baş verir.

Belə xüsusi fəzilətlərə sahib olan bu ayı necə qarşılamalıyıq? Saleh bir kimsə bu ayı səmimi bir tövbə, bütöv bir qərarlılıq, bütün vaxtını saleh əməllər işlədərək keçirməli və bu yolda Allahdan yardım istəməlidir. “Ramazan ayını ən gözəl şәkildә dəyərləndirmək üçün nə kimi saleh əməllər etmәliyik?” sualının cavabını axtarmağa varsınızmı?..

Ramazanda yerinə yetirilməsi gərəkli olan saleh əməllər aşağıdakılardır:

Oruc tutmaq:

Rəbbimiz buyurmuşdur:

“Ey iman gətirənlər! Siz-dən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc tutmaq vacib edildi ki, bəlkə (pis əməllərdən) çəkinəsiniz”. (Bəqərə, 183)

Uca Allah “Orucun mükafatını mən verəcəm, o öz arzularını, yeyib-içməsini mənim üçün tərk edir” buyurmuşdur. Peyğәmbәrimiz bu mübarәk ay haqqında belə demişdir:

“Kim Ramazanı fərz olduğuna inanaraq və mükafatını Allahdan istəyərək oruc tutaraq keçirərsə keçmiş günahları bağışlanar” (Buxari, Müslim).

“Kim yalan söz danışmağı və yalanla əməl etməyi tərk etməzsə, onun yeyib-içməsini tərk etməsinə Allahın heç bir ehtiyacı yoxdur” (Buxari).

“Oruc bir qalxandır. Sizdən biriniz oruclu olduğu gün çirkin söz danışmasın, pis iş görməsin, cahillik etməsin. Әgər kimsə ona söyәrsə “mən orucluyam” desin” (Buxari, Müslim).

Buna görə də oruc tutan hər bir kəsin qulağı, gözü və bütün bədən üzvləri oruc tutmalıdır. Yәni, oruc tutmaq – tәkcә mәdәnin qidasız qalması demәk deyildir. İnsanın oruc tutduğu gün ilə, oruc tutmadığı gün arasında daha müsbət dəyişikliklər olmalıdır!(islamevi)

 

www.yenicag.az

5389
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv