Ov tüfəngi ilə vuruldu

media-hightechnic-468x90

86756Bakının Xəzər rayonu ərazisində güllələnmə hadisəsi baş verib.

Yenicag.az anspress-ə istinadən xəbər verir ki, aprelin 15-də saat 22 radələrində, Şüvəlan qəsəbəsi Gənc Kosmanavt düşərgəsində məskunlaşmış Laçın rayon sakini Bəxtiyar Hüseynovu yaşadığı evin qarşısında güllələnib.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdiriblər.

Hadisə barədə məlumat daxil olan kimi Xəzər rayon Polis İdarəsi və 1-ci polis bölməsi əməkdaşları əməliyyat keçirib.

Keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinənlər – Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Abbas Arzu oğlu Dünyamalıyev və Şabran rayon sakini, 1985-ci il təvəllüdlü Elnur Gülü oğlu Xıdırov tutulub.

Elnur Xıdırov hadisə zamanı istifadə etdiyi lüləsi və qundağı kəsilmiş nömrəsi və istehsal ili silinmiş 16 çaplı tək lülə ov tüfəngini könüllü təhvil verib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600