!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Özbəkistan: Turizmin inkişafı və sonsuz imkanlar

!Reklam – Yazi

“Qlobal turizm sektorunda baş verən tendensiyaları və prosesləri öyrənən Özbəkistan bu sənayeni keyfiyyətcə yeni səviyyəyə çıxarmaq üçün təsirli addımlar atır”.

Yenicag.az xəbər verir ki, bu fikirlər Yenicag.ru-nun (“Novaya Epoxa”) redaktoru Rüstəm Qasımovun Özbəkistanın turizm potensialı barədə yazdığı “Özbəkistan: Turizmin inkişafı və sonsuz imkanlar” adlı analitik yazısında əksini tapıb.

Özbəkistanda turizmin mövcud durumu barədə məlumat verən müəllif rəsmi qurumların paylaşdığı rəqəmləri diqqətə çatdıraraq 2022-ci ilin yanvar-dekabr aylarında Özbəkistana 5,2 milyon xarici vətəndaşın səfər etdiyini vurğulayıb, bunun ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,4 milyon nəfər və ya 2,8 dəfə çox olduğunu qeyd edib. Jurnalist həmçinin 2023-cü ilin birinci yarısında Özbəkistana 3,1 milyon turistin səfər etdiyini bildirərək əvvəlki ilin eyni dövrü ilə müqayisədə 60 faizlik artım müşahidə olunduğunu vurğulayıb.

“Şərqin incisi” olan Özbəkistanın Daşkənd, Səmərqənd, Buxara və Xivə şəhərlərinə səyahət etdiyini diqqətə çatdıran Rüstəm Qasımov turizmlə bağlı şəxsi görüş və düşüncələrini paylaşıb. Bundan başqa, turizmin inkişafı ilə bağlı həyata keçirilən layihələr, qəbul edilən qanunlar barədə müfəssəl məlumat verən müəllif  bu sahənin müxtəlif qollarının dövlət tərəfindən dəstəkləndiyini qeyd edib.

Müəllif həmçinin Özbəkistanın turizm potensialının Azərbaycanda tanıdılması məqsədilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və Bakı Fotoqrafiya Evinin dəstəyi ilə Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi tərəfindən təşkil edilən “Özbəkistan – Şərqin incisi” adlı fotosərgi keçirildiyini xatırladıb.

Daha ətraflı burada

www.yenicag.az

3778
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv