Özbəkistanlı hərbçilər Azərbaycanda PUA kursunda iştirak edirlər

media-hightechnic-468x90

Azərbaycan və Özbəkistan arasında imzalanan 2024-cü il üçün ikitərəfli əməkdaşlıq planına əsasən, Özbəkistan hərbi qulluqçuları müasir silahlı münaqişələrdə taktiki pilotsuz uçuş aparatlarının (PUA) istifadəsinin planlaşdırılması və tətbiqi taktikası kursunda iştirak etmək məqsədilə ölkəmizə səfər ediblər.

media-banner_tkm

Bu barədə Yenicag.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, kursun ilk günündə özbəkistanlı qonaqlara Hərbi Hava Qüvvələrinin tarixi və fəaliyyəti haqqında, həmçinin PUA-ların ənənəvi döyüşlərdə tətbiqi, döyüş uçuşunun təşkili, Azərbaycan Ordusunda mini və mikro PUA-ların tətbiqi mövzularında brifinq təqdim olunub.

Nümayəndə heyətinə Azərbaycan Ordusunun arsenalında yer alan bəzi PUA-lar əyani olaraq nümayiş etdirilib, qurğuların taktiki-texniki xüsusiyyətləri barədə məlumat verilib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05