Pambıq yığan qadınlar dava etdi, xəsarət alanlar var - Biləsuvarda

media-hightechnic-468x90

Biləsuvar rayonunda pambıq yığımı zamanı qadınlar arasında dava düşüb.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, dava zamanı iki qadın ağır bədən xəsarətləri alıb.

Belə ki, xəsarət alan qadınlar – rayonun Ağayrı kənd sakini, 1990-cı il təvəllüdlü Aybəniz Bacəddin qızı Fərzullayeva və rayonun Nəsimi kənd sakini, 1961-ci il təvəllüdlü Xalidə Sərhad qızı Fərhadova müxtəlif dərəcli xəsarətlərlə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Məlumata görə, qadınlar sahədə pambıq yığımı zamanı bir – biri ilə mübahisə ediblər.

Faktla bağlı araşdırma aparılır.

Mövzu ilə əlaqədar

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600