!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Papanın Türkiyə səfərində “Ermənistan” izi…

!Reklam – Yazi

qarabag1

Elman Nəsirov: “Papanın səfər zamanı bu məsələni xüsusi qabartması uzağagedən mətləblərdən xəbər verir”

 Elxan Şahinoğlu: “Türkiyəyə təzyiqlər artacaq, amma…”

 

Bir müddət əvvəl Türkiyədə olan Roma Papası səfərinin sonunda “mənim əsl qəlbimdə olan türk-erməni sərhəddlərinin açılmasıdır” fikrini səsləndirmişdi. Qeyd edək ki, ABŞ başda olmaqla Qərb bu sərhədlərin açılmasında xüsusilə maraqlıdırlar. Görəsən, bu fonda  Roma Papasının sözügedən fikri Avropanın bu məsələdə Türkiyəyə qarşıdakı dönəmdə ciddi təzyiqlərinin olacağından xəbər vermirmi?

Siyasi şərhçi, professor Elman Nəsirov YENİCAG.AZ-a açıqlamasında Papanın səfərindən sonra Türkiyəyə təzyiqlərin artsa da belə, nəticəsiz sonuclanacağını bildirdi: “Poma Papası böyük nüfuza malik şəxsdir. Onu narahat edən çoxsaylı problemlər sırasında dini xarakterli olanlarla yanaşı, siyasi xarakter daşıyanlar da var. Onun hər hansı səfər zamanı bu və ya digər məsələni xüsusi qabartması uzağagedən mətləblərdən xəbər verir. Türkiyə səfəri zamanı Ermənistanla sərhədlərin açılması məsələsini önə çəkməsi ondan xəbər verir ki, bu məsələ Roma Papasının prioritetləri səviyyəsinə  qaldırılıb. Onun belə mövqe sərgiləməsi heç də təsadüfi deyil, heç şübhəsiz Papaya təsir edən ABŞ kimi daha böyük güclər var. Türkiyə-Ermənistan sərhədinin açılması layihəsinin müəllifi bildiyiniz kimi, ABŞ olub.  2015-ci ilin aprelində saxta soyqırım tarixi yaxınlaşdıqca, Türkiyəyə olan siyasi yönümlü təzyiqlərə, Roma Papasının məlum yanaşması fonunda dini yönümlü təzyiqlər də əlavə ediləcək. İstəyirlər ki,  bu yolla Türkiyənin mövqeyində dəyişikliyə nail olsunlar. Amma Türkiyə-ABŞ münasibətlərinin xarakterinə əsasən bu qənaətə gəlmək olar ki, ABŞ prezidenti soyqırım ifadəsi işlətməyəcək. Lakin bunun əvəzi olaraq, Türkiyəyə təzyiqlər əvvəlki illərlə müqayisədə daha sərt ola bilər.  Həmin sərtliyin ifadəsi olaraq istisna deyil ki, ABŞ-ın Roma Papasına da müəyyən təsirləri olub. Türkiyə də güclü oyunçudur. Bu ölkə 2023-cü ildə ümumi daxili məhsulu 2 trilyon dollara çatdırmağı planlaşdırıb. Türkiyə 720 minlik hərbi qüvvə ilə NATO məkanında ikinci gücə malik dövlətdir. Belə olan halda qardaş ölkənin təzyiqlər altında əyiləcəyini düşünənlər səhv edir. Türkiyənin şərtlərindən biri Ermənistanın Azərbaycan torpaqlarının işğalına son qoymasıdır. Bu baş verəcəyi halda Ankara Ermənistanla sərhədlərin açılması məsələsinə baxa bilər. Ona görə düşünürəm ki, bu istiqamətdə Türkiyyəyə təzyiqlər effektiv olmayacaq. Türkiyə ilə təzyiq dililə danışmağın mənası yoxdur. Buna çalışanlar təkcə özlərini deyil, Roma Parasını da çıxılmaz vəziyyətə qoyurlar”.

Politoloq Elxan Şahinoğlu da Yenicag.az saytına açıqlamasında belə təzyiqlərin olacağını istisna etmədi. Amma bununla yanaşı Türkiyənin həmin təzyiqlərə sinə gələcəyini də diqqətə çatdırdı: “Amerika adminstrasiyası Türkiyəyə Ermənistanla sərhədlərinin açılması məsələsində təzyiq edə bilməyibsə, Roma Papası bu istiqamətdə qardaş ölkəyə ümumiyyətlə heç nə edə bilməz. Papa sadəcə olaraq istəyini dilə gətirib. Yaxşı olardı ki, Roma Papası həmin istəyində Azərbaycan torpağının bir hissəsinin Ermənistan tərəfindən işğalına da işarə vurardı. Amma təəssüf ki, onun istəyində də ikili standart mövcuddur. Ermənilər “soyqırımın” tanınmasının 100 illiyini qeyd etməyə hazırlaşır. Papanın açıqlaması da əslində həmin prosesin tərkib hissəsidir. Belə hallarla tez-tez üzləşəcəyik. Bu fonda Türkiyəyə təzyiqlər artacaq. Amma inanmıram ki, təzyiqlər qarşısında Türkiyə geri çəkilsin”.

Rüfət

www.yenicag.az

787
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv