Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Paşinyan Ermənistan prezidenti ilə görüşdü

Ermənistan müxalifətinin lideri Nikol Paşinyan ölkə prezidenti Armen Sarkisyanla görüşüb.

Yenicag.az erməni mətbuatına istinadən xəbər verir ki, N.Paşinyan görüşü belə şərh edib: “Ölkədə yaranmış vəziyyəti və mümkün həll yollarını müzakirə etdik”.

O, həmçinin, A.Sarkisyanın 2011-ci ilin dekabrında Böyük Britaniya vətəndaşlığını itirdiyini təsdiqləyən sənəd təqdim etdiyini də vurğulayıb.

Qeyd edək ki, N.Paşinyan həmçinin bu gün saat 12:00-da Ermənistanın baş naziri vəzifəsini müvəqqəti icra edən Karen Karapetyanla görüşməyi təklif edib.

Eyni zamanda, bu gün axşam saatlarında Gümrü və Vanadzorda növbəti mitinqlərin keçiriləcəyi gözlənilir.

Loading...

www.yenicag.az

2058
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100