Paşinyan xalqı tətilə çağırdı: Bütün yolları bağlayırıq

media-hightechnic-468x90

Ermənistandakı etiraz aksiyalarının lideri, baş nazir postuna namizədliyi parlament tərəfindən təsdiqlənməyən Nikol Paşinyan dövlət qulluqçularını ümumi tətilə, tərəfdarlarını isə kütləvi vətəndaş itaətsizliyinə çağırıb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, Paşinyan əsas yolları bağlamağa çağırıb: “Sabah 08:15-dən etibarən kütləvi vətəndaş itaətsizliyinə, ümummilli tətilə başlayırıq, küçələri, magistralları, aeroporta aparan bütün yolları bağlayırıq”.

Ermənistandakı etiraz aksiyalarının lideri qeyd edib ki, etirazçıların tələbi dəyişməz olaraq qalmaqdadır – “xalqın namizədi”nin baş nazir postuna seçilməsi.

Qeyd edək ki, Paşinyanın baş nazir postuna namizədliyi yenidən irəli sürüləcək. Bu barədə Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş sazişi” partiyasının mətbuat katibi Tiqran Avinyan bildirib.

Xatırladaq ki, Ermənistan parlamenti mayın 1-də keçirdiyi xüsusi iclasda Paşinyanı baş nazir seçməyib. Onun lehinə 45, əleyhinə 56 deputat səs verib.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05