Pərviz Abbasovun həbs müddəti azaldıldı

media-hightechnic-468x90

Rüşvət ittihamı ilə həbs edilən “Yeni Klinika”nın direktoru Pərviz Abbasovun cəzası yüngülləşdirilib.

Yenicag.az xəbər verir ki, bu gün Ali Məhkəmədə keçirilən iclasda qəbul olunmuş qərara əsasən, onun həbs müddəti 3 ilə endirilib.

Xatırladaq ki, P.Abbasov COVID-19 pandemiyası dövründə xəstələrin “Yeni Klinika”ya yerləşdirilməsi müqabilində onların yaxınlarından pul almaqda ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsi Pərviz Abbasova 8 il 6 ay cəza vermiş, daha sonra Bakı Apellyasiya Məhkəməsi cəzanı 5 il 6 aya endirmişdi. Tanınmış cərrahın 2021-ci ilin aprelində həbs edildiyini nəzərə alsaq, 1 il sonra onun cəza müddəti başa çatacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600