Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIII turun daha iki oyunu keçiriləcək.
“Report” xəbər verir ki, günün ilk matçında “Neftçi” “Turan Tovuz”un qonağı olacaq.
Tovuz şəhər stadionundakı qarşılaşma saat 15:00-da başlayacaq. Görüşü Kamal Umudlunun rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək. Bölgə təmsilçisi 32 xalla 6-cı, “ağ-qaralar” 61 xalla 3-cü pillədə qərarlaşıb.
Digər oyunda isə “Sumqayıt” və “Səbail” münasibətlərə aydınlıq gətirəcəklər. “Kapital Bank Arena”dakı matç saat 19:00-da start götürəcək. Qarşılaşmanın baş hakimi İnqilab Məmmədov olacaq. “Gənclik şəhəri” təmsilçisi 28 xalla 8-ci, “dənizçilər” 22 xalla sonuncu-10-cu sıradadır.
7 may (bazar)
15:00. “Turan Tovuz” – “Neftçi”
Hakimlər: Kamal Umudlu, Akif Əmirəli, Teymur Teymurov, Əli Əliyev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Tovuz şəhər stadionu
19:00. “Sumqayıt” – “Səbail”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Pərvin Talıbov, Səbuhi Bayramov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Emin Cəfərov
“Kapital Bank Arena”
Qeyd edək ki, turun əvvəlki görüşlərində “Sabah” “Kəpəz”i, “Zirə” “Şamaxı”nı üç cavabsız qolla üstələyib. XXXIII tura mayın 8-də baş tutacaq “Qarabağ” – “Qəbələ” oyunu ilə yekun vurulacaq
www.yenicag.az