Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prokurorluğunun aşağıdakı əməkdaşlarına III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilsin:
Rəcəbov Nazim Hafiz oğlu –Azərbaycan Respublikası Baş Prokurorluğunun Kadrlar idarəsinin rəisi
Abbasov Elşən Akif oğlu –Azərbaycan Respublikası Baş Prokurorluğunun Milli Təhlükəsizlik və Fövqəladə Hallar nazirlikləri, Dövlət Sərhəd Xidmətinin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi
Məcidov Ramil Abbas oğlu –Azərbaycan Respublikası Baş Prokurorluğunun Ədliyyə və Vergilər nazirlikləri, Dövlət Gömrük Komitəsinin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi
Məmmədov Anar Rəhim oğlu –Azərbaycan Respublikası Baş Prokurorluğunun Müraciətlərə baxılması idarəsinin rəisi.
www.yenicag.az