“Prezident Kuboku-2023” reqatasının bağlanış mərasimi baş tutacaq

media-hightechnic-468x90

7 may saat 19:00-dan etibarən Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr etdiyi “Prezident Kuboku-2023” beynəlxalq reqatasının bağlanış mərasimi baş tutacaq.

Federasiyadan Yenicag.az-a verilən məlumata görə, Bakı bulvarında, Su İdman Sarayının yaxınlığında, dəniz kənarında təşkil olunacaq bağlanış mərasimində idmançıların mükafatlandırılması ilə yanaşı bədii hissə keçiriləcək.

Sürprizlərlə dolu qala tədbirdə “3D” effektli lazer şou, tanınmış rəqs qruplarının çıxışı, avarçəkənlərin nümunəvi keçidləri və möhtəşəm atəşfəşanlıqla yanaşı, Miri Yusifin solo ifası yaddaşınızda unudulmaz iz qoyacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600