Prezident tanınmış siyasətçi ilə bağlı sərəncam imzaladı - FOTO

media-hightechnic-468x90

Prezident İlham Əliyev “Hilal” Sosial Araşdırmalar ictimai birliyinin sədri, tanınmış siyasətçi Arzuman Abdulkərimovla bağlı sərəncam imzalayıb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, ölkə başçısının imzaladığı müvafiq Sərəncamla A.Abdulkərimov Ümummilli Lider Heydər Əliyevin 100 illik xatirəsinə həsr olunmuş “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunub.

Arzuman Abdulkərimov bu barədə açıqlamasında aşağıdakıları deyib:

“Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olundum. Müzəffər Ali Baş Komandan İlham Əliyevin imzaladığı sərəncama əsasən, Heydər Əliyev kimi siyasət nəhənginin adını daşıyan medala layiq görülmək çox qürurvericidir.
Təşəkkür edirəm Cənab Prezident!”- deyə o əlavə edib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05