Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasına yeni rəis təyin edilib.
Yenicag.az xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamı ilə akademiyanın rəisi vəzifəsinə general-mayor Azər İbrahimov gətirilib. Əvvəlki rəis, general-mayor Aqil Babayev isə Xidmətin Aparatında başqa vəzifəyə təyinat alıb.
Qeyd edək ki, Azər Oqtay oğlu İbrahimov bu təyinata qədər DSX-nin İstintaq və Təhqiqat İdarəsinin rəisi vəzifəsində çalışıb.
Azər Oqtay oğlu İbrahimov bu vəzifəyə qədər Dövlət Sərhəd Xidmətində Baş İdarə rəisi vəzifəsində çalışıb.
Prezident İlham Əliyevin sərəncamı ilə ona 16 avqust 2018-ci ildə general-mayor rütbəsi verilib.
“Azərbaycan bayrağı”, “Hərbi xidmətlərə görə” və s. orden-medallarla təltif edilib.
Azər İbrahimovun 44 günlük Vətən müharibəsində döyüşdüyü və Cəbrayıl istiqamətində düşmənə qarşı əməliyyatlarda fərqləndiyi bildirilir. O, Prezidentin sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı ilə də təltif edilən generallardan biridir.
www.yenicag.az