PUBG istifadəçisi bir şəxs digər istifadəçini aldadaraq pulunu mənimsəyib.
Yenicag.az xəbər verir ki, dünyaca məşhur bu kompüter oyunu artıq fırıldaqçıların alətinə çevrilib və hər gün bir çox fırıldaq halları baş verir.
Bu dəfə isə, bənzər hadisə Türkiyədə yaşanıb. Belə ki, Nihad Quliyev adlı bir şəxs oyun oynayarkən rastladığı elana girərək fırıldağa doğru ilk addımı atıb. Elandakı satış obyektini almaq üçün qeydiyyatdan keçən Quliyev 200 lirə məbləğində ödəniş edib. Bundan sonra isə, elan sahibi hesab anidən yoxa çıxıb.
www.yenicag.az