Pulunu ala bilməyən əcnəbi voleybolçu Azərbaycanı tərk etdi
Ötən il Bakının “Azəryol” voleybol klubuna transfer olunan amerikalı voleybolçu Janell Saykis Azərbaycanı tərk edib.
İkiillik müqaviləsinin bitməsinə 1 il qalmış komandadan gedən idmançı bundan sonra karyerasını Belçikanın “Mihelbeke” klubunda davam etdirəcək.
Yenicag.Az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, onun klubdan getmə səbəbi müqaviləsində göstərilən maaşı vaxtlı-vaxtında ala bilməməsi olub.
Belə ki, klubun amerikalı blokçuya 7 aylıq maaş borcu qalıb. Voleybolçu Bakıya gəldiyi müddətdən bu yana cəmi 5 ayın maaşını ala bilib. İl sonuna qədər gözləyən Saykis 500 min manata yaxın pulunu ala bilməyəcəyini anlayaraq klubu tərk edib.
Aygün İlqarqızı
Yenicag.Az