“Rusiya Ermənistanı yaxın tərəfdaş hesab edir. Bu həm iqtisadi, həm də təhlükəsizlik məsələlərində belədir”
Yenicag.az erməni mətbuatına istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin Soçidə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə deyib.
Rusiya prezidenti Paşinyanı bu posta seçilməsi ilə bağlı təbrik edib.
Daha sonra o, Rusiyanın Ermənistan üçün iqtisadi-ticari məsələlərdə mühüm tərəfdaş olduğunu qeyd edib və Paşinyana yeni vəzifəsində uğurlar arzu edib:
“Ümid edirəm ki, bundan sonra da münasibətlərimiz uğurla davam edəcək. Xüsüsən, Ermənistan və Rusiyanın hər zaman bir-birini BMT-də, həmçinin, regional təşkilatlarda dəstəkləyir.”