“Putin Türkiyəyə səfəri zamanı deyib ki,…”

media-hightechnic-468x90

rr_1392652320_1417622820Türkiyə və Rusiya mətbuatında Putinin Türkiyəyə səfəri ərəfəsində oxuduğum fikirlərdə hər iki ölkənin strateji işbirliyindən, bu siyasi liderin dünyaya meydan oxumasından, Ərdoğanın Qərbi tənqid edib, Amerikanın 2003-cü ilin mart ayında İraqa öz ərazisindən hərbi müdaxiləyə imkan verməməsindən ağız dolusu danışılırdı. Lakin Krım, Suriya, Misir, Kipr və Qarabağ problemlərində hər iki ölkənin xarici siyasətinin bir-birindən fərqli, ziddiyyət təşkil edən fikir ayrılığı olduğu etiraf edilirdi. Həmçinin, Putin də Türkiyəyə səfər etmədən öncə Anadolu Ajansının rus dilindəki xidmətinə verdiyi müsahibəsində Türkiyə ilə Rusiya arasında fərqli xarici siyasət aspektlərinin, fikir ayrılığının olmasını normal hesab etdiyini demişdi. Şimal qonşumuzun rəhbəri Türkiyənin Qərbdən Rusiyaya qarşı sanksiyalar tətbiq olunmasına baxmayaraq, bu ölkə ilə əməkdaşlığını davam etdirməsinə görə, qardaş ölkəyə ayrıca təşəkkür də etdi.

Bundan başqa, Türkiyənin müstəqil siyasət yürütməsini Putin təqdir edir. Əslində, hər iki ölkənin geopolitik imperialist keçmişi var. Hər iki ölkə yuxarıda sadalanan aspektlərə görə bir-birinin tezisini rədd etsə də, Türkiyə Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulmadı, müəyyən mənada hətta buna qarşı çıxdı. Türkiyə və Rusiya dünyadakı siyasi sistemin dəyişməsini və çoxqütblü dünyanın yaranmasını tələb edən ölkələrdir. Rusiya Prezidenti Vladimir Putinin 2007-ci ildə Münhen konfransında, 2014-cü ildə Rusiyada Valday müzakirə forumunda və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Amerikadakı, BMT-dəki çıxışları buna bariz nümunədir.

Putinin Türkiyəyə səfəri zamanı çox mühüm razılaşmalar da əldə olundu. Əvvəlcə qeyd edək ki, Türkiyə ilə Rusiya arasında qarşılıqlı əlaqələr son zamanlar yüksək səviyyəyə çatıb. 2010-cu ildə Rusiya və Türkiyə arasında viza rejiminin ləğvi də buna sübutdur. Rusiya Türkiyə iqtisadiyyatına son zamanlarda 1 milyard dollar məbləğində investisiya yatırıb.

Həmçinin Rusiya Türkiyənin Mersin vilayətinin Akkuyu bölgəsində 20 milyard dollar məbləğində Nüvə Elektrik Stansiyası inşa etməyə hazırlaşır. Türkiyə inşaat şirkətləri isə Rusiyanın Soçi şəhərində olimpiya komplekslərinin inşasında yaxından iştirak edib.
Turizm sahəsində də əlaqələr genişlənir. Bir il ərzində 5 milyona yaxın rus turist Türkiyəni ziyarət edib. Ankarada Rusiya mədəniyyət mərkəzi, Moskvada isə Türkiyə mədəniyyət mərkəzi fəaliyyətə başlayıb.

Hər il Türkiyədən Rusiyaya 250 nəfər tələbə nüvə tədqiqatları sahəsinin öyrənilməsi üçün göndərilir. Türkiyədə ali təhsil ocaqlarında Rus dili ədəbiyyatı fakültələri fəaliyyət göstərir. Putin Türkiyəyə səfəri zamanı deyib ki, iki ölkənin ticarət həcminin 2020-ci ilə qədər 100 milyard dollara çatdırılması məqsədi qoyulub. Həmçinin də, enerji sahəsində əməkdaşlıq genişlənəcək. Rusiya Türkiyəyə qaz nəqlini 2015-ci ilin yanvarın 1-dən etibarən 6 faiz artırıb. “Lukoil” və “Qazprom”un Türkiyəyə investisiyası artırılıb. Rusiyanın “Sberbank” bankı Türkiyənin “Denizbank” bankının aktiv səhmlərinin çox hissəsini satın alıb.

“Qazprom”la “Botaş” arasında rus qazının Avropaya nəqli üçün Yunanıstan sərhədinə qədər boru xəttinin tikilməsinə dair memarandom imzalandı. Türkiyənin meyvə-tərəvəz sahəsində Rusiyaya ixracatı da artıb.
Türkiyənin Rusiya iqtisadiyyatına son zamanlar milyard dollar məbləğində investisiya yatırması da diqqət çəkən məqamdır. Rusiya ilə Türkiyə arasında təhsil, elm, turizm, mədəniyyət, texnologiya, siyasət sahəsində əməkdaşlığı gücləndirmək səyləri Avrasiya məkanına, xüsusən də

Qafqaz regionuna stabillik gətirəcək. Bu əməkdaşlıq təhlükəsizliyin qarantı sayıla bilər. Hər iki ölkənin qədim dövlətçilik ənənələrinə sahib olması Qərbin təkqütblü idarəsinə qarşı dünya siyasətinin gələcək illər üçün dəyişdirmə iradəsinə malikdir.

Türkiyənin 2002-ci ildən, AKP hakimiyyəti dönəmində əsas prioritet istiqamətlərindən biri Türkiyənin ətrafındakı coğrafiyada olan xalqlarla bütünləşib birləşməsi, Qərblə bir yerdə, Avroanlantik məkanda qalmaq şərtilə, çoxqütblü dünya sisteminə gediş, Səlcuklu və Osmanlı dönəmindəki siyasi ənənələrin yenidən bərpasıdır. Rusiyanın Vladimir Putin dövründəki əsas planı Orta Asiya, Şərqi Avropa, Qafqaz regionunun Rusiyanın nüfuz dairəsi kimi qəbul olunması və çarlıq, SSRİ dönəmindəki siyasi ənənələrin yenidən bərpasıdır.Bütövlükdə isə Rusiya ilə Türkiyə arasında siyasi əlaqələrin yüksək səviyyədə olması regionda stabilliyin və sülhün qarantı olacaq(palitra).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600