Putinlə Poroşenko görüşəcək
Gələn həftə Milanda keçiriləcək ASEM (Asiya-Avropa) sammitində Rusiya prezidenti Vladimir Putinlə Ukrayna prezidenti Pyotr Poroşenko arasında görüş keçiriləcək.
Bu haqda Rusiya prezidentinin köməkçisi Yuri Uşakov açıqlama verib.
Onun sözlərinə görə, ehtimal olunur ki, prezidentlərin görüşü təkbətək keçməsin. Görüş “Normand formatında” – Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransua Ollandın iştirakı ilə baş tutacaq.
Ukrayna prezident adminstrasiyası bu informasiyanı təsdiq edib.
Qeyd edək ki, Putin və Poroşenko artıq iki dəfə görüşüblər. Birinci görüş iyunun 6 da Normandidə mərasim zamanı (məhz buradan “Normand formatı” anlayışı yaranıb)olub. İkinci dəfə Putin və Poroşenko avqustun 26 da Minskdə Avropa Birliyinin sammitində görüşüblər.