Cənubi Koreyanın paytaxtı Pxençxanda keçirilən XXXIII Qış Olimpiya Oyunları davam edir.
Yenicag.az xəbər verir ki, Olimpiadanın 13-cü gününün yekununda 70 dəst medal öz sahibini tapıb.
Medal sıralamasına görə Norveç birincidir. Aktivində 11 qızıl olan norveçlilər, eyni sayda da gümüş qazanıblar. 8 “bürünc”ü olan Norveçin ümumi medallarının sayı 30-a bərabərdir.
Almaniya da qızıl medal sayında skandinaviyalılara çatıb. Bundestim 5 “gümüş”, 7 “bürünc”lə ikincidir.
“Üçlüy”ü isə Kanada qapayır. Kanadalıların aktivində 8 qızıl, 5 gümüş, 6 bürünc medal var.
Digər sıralama isə belədir:
Hollandiya – 6 – 5 – 3
Fransa 5 – 4 – 4
ABŞ 5 – 3 – 5
İsveç 4 – 3 – 0
Avstriya 4 – 2 – 4
Cənubi Koreya 4 – 2 – 2
www.yenicag.az