Qadın ərini iki məşuquna öldürtdü – Foto
Polşada törədilən tükürpədici cinayət ölkəni şoka salıb. Əlil ərindən “qurtulmaq” istəyən qadın iki məşuqundan yararlanaraq qətli sifariş verib.
Ödəniş isə qadının “vücudu” olub. Ərini öldürən məşuqlarının hər biri ilə “mükafat” qismində yatağa girən qadının məhkəmə prosesi başa çatıb.
Olay Polşanın şimal-şərqindəki Olştın şəhərində baş verib.
5 övlad anası, 31 yaşlı Janna Qrabovski adlı qadın əlil arabasına məhkum qalmış əri Petr Qrabovskinin qətlini məşuqları 42 yaşlı Yasek Pavlyak və 31 yaşlı Lukaş Kaminskiyə sifariş vermişdi.
Səbəb isə Petrin arvadının ona xəyanət etməsindən duyuq düşərək dava salması, sonra da Jannanın məşuqunu evə gətirməsinə qarşı çıxmasıydı.
Petr Qrabovski şəhərin kənarındakı parkda öldürüləndən sonra Janna Qrabovski məşuqları Yasek Pavlyak və Lukaş Kaminski ilə eyni vaxtda cinsi əlaqədə olaraq qatilləri bu minvalla “mükafat”landırıb.
Olştın şəhər məhkəməsinin qərarı ilə Janna Qrabovski 25 il həbs cəzası alıb.