Qalmaqallı direktor işdən qovuldu

Şəmkirin Seyfəli kənd tam orta məktəbinin direktoru ilə bağlı bir sıra kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar əsasında Təhsil Nazirliyi tərəfindən aparılan araşdırma başa çatıb.

Şəmkir rayon Təhsil Şöbəsindən verilən məlumata görə, araşdırmanın nəticəsi olaraq Şəmkir rayon Seyfəli kənd tam orta məktəbin direktoru Akif Namazov işində yol verdiyi nöqsana görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq tutduğu vəzifədən azad edilib.

Yoxlama zamanı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib.

Qeyd edək ki, Şəmkirin Aşağı Seyfəli kəndində yerləşən M.Süleymanov adına tam orta məktəbin direktoru Akif Namazov və orada laborant işləmiş Xatirə Əliyeva arasında qalmaqal yaranıb. Qalmaqala səbəb laborantın işdən çıxarılması və direktorun həmin xanımı əxlasızlıqda ittiham etməsidir.

Xatirə Əliyeva mətbuata müraciət edərək məktəb direktorunu rüşvət almaqda ittiham edib. Direktor isə cavabında həmin xanımın seks videosu olduğunu üçün işdən uzaqlaşdırıldığını bildirib.

Yenicag.az