“Qarabağ” “Beşiktaş”ın sabiq futbolçusu ilə maraqlanır

media-hightechnic-468x90

Kamerun millisinin futbolçusu Vensan Abubakar karyerasını Azərbaycanda davam etdirə bilər.

Yenicag.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı forvardın “Qarabağ”la müqavilə imzalayacağı ehtimal olunur.

İddiaya görə, tərəflər artıq danışıqlara başlayıb.

Son olaraq Türkiyə təmsilçisi “Hatayspor”da çıxış edən hücumçu komandanın heyətində 28 matçda 8 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

V.Abubakar daha əvvəl Portuqaliyanın “Portu”, Türkiyənin “Beşiktaş”, Fransanın “Loryan” və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klublarının formasını geyinib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600