“Qarabağ” dünya klubları arasında 48-ci yerdədir

media-hightechnic-468x90

İFFHS klubların növbəti reytinqini açıqlayıb. 

Yenicag.az xəbər verir ki, siyahıda dünyanın ən yaxşı 505 komandası yer alıb.

Ölkəmiz burada 4 kollektivlə təmsil olunub. “Qarabağ” 183 xalla dünyanın 48-ci komandasıdır. Ağdam klubu ötən cədvəldəki mövqeyini qoruyub.

“Zirə” böyük sıçrayışa imza atıb. Qəsəbə təmsilçisi 127 pillə irəliləyib. Rəşad Sadıqovun çalışdırdığı kollektiv 60,75 xalla 384-cüdür.

“Neftçi” 59,25 əmsalla 398-cidir. Bakılılar 21 pillə geriləyib.

58,25 xala malik “Sabah” 405-ci yerdədir. Paytaxt təmsilçisi 8 pillə irəliləyib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600