!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qarabağ parfümləri Qətərdə – FOTOLAR

!Reklam – Yazi

7 noyabr 2018-ci il tarixində Qətərin paytaxtı Doha şəhərinin ən böyük ticarət mərkəzlərindən olan “Doha Festival City Mall”da “Product of Azerbaijan” brendi altında “Karabakh Perfume” adı ilə Azərbaycan parfümeriya məhsullarının satış mərkəzi fəaliyyətə başlayıb.

Mərkəzdə “Shikasta”, “Natavan”, “Bayati Shiraz”, “Rast”, “Buta”, “Khankendi”, “Shusha”, “Sarvan”, Panahalikhan”, “Jidir Duzu”, “Khari Bul Bul” və “Chelebi” olmaqla, ümumilikdə 12 adda və çeşiddə Azərbaycan parfümeriya məhsulunun satışı həyata keçiriləcək.

Satış mərkəzinin açılışı münasibətilə keçirilmiş tədbirdə Azərbaycan Respublikasının Qətər dövlətindəki səfiri Rəşad İsmayılov, Qətərdə akkreditə olmuş diplomatik korpusun təmsilçiləri, yerli ictimaiyyət nümayəndələri,Qətərin məşhur bloqqerləri və media mənsubları fəal iştirak edib. Azərbaycan məhsulları alıcılar tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edilən satış mərkəzinin fəaliyyətinin təmini qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında”Azərbaycan Respublikası Prezidentinin18 yanvar 2016-cı il tarixliSərəncamınauyğun olaraq, rəqabət qabiliyyətli qeyri-neft məhsullarının ixracının, ənənəvi və yeni bazarlara çıxış imkanlarının artırılması istiqamətində görülmüş tədbirlər çərçivəsində həyata keçirilib.

Dohada satış mərkəzinin fəaliyyətə başlaması Azərbaycan məhsullarının satışı ilə yanaşı ölkəmizin tarixi və ayrılmaz hissəsi olan Dağlıq Qarabağla bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasına, Azərbaycan tarixinin və mədəniyyətinin xaricdə təbliğinə xidmət edəcək./aktual.az/

www.yenicag.az

2447
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv