Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 22-ci tura start verilib.
Yenicag.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.
“Kəpəz” doğma meydanda “Keşlə” ilə qarşılaşıb. Bu oyunda tərəflər hərəyə q qol vurublar və yekunda 1 xalla kifayətləniblər.
Lider “Qarabağ” isə debütant “Səbail”i qəbul edib. Ağdam klubu minimal hesabla qalib gələrək növbəti çempionluğa doğru daha bir inamlı addım atıb.
Azərbaycan Premyer Liqası
22-ci tur
7 aprel
“Kəpəz” – “Keşlə” 1:1
Qollar: Dario Federiko, 45 – Vaqif Cavadov, 25.
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, İsgəndər Əliyev, Rəşad Əhmədov.
Gəncə şəhər stadionu, 15:00.
“Qarabağ” – “Səbail” 1:0
Qol: Riçard Almeyda, 31-pen.
Hakimlər: Ramil Diniyev, Mübariz Haşımov, Elşən Acalov, Rauf Cabbarov.
Bakı. “Azersun Arena”, 17:30.
Turun digər oyunları sabah keçiriləcək: “Zirə” – “Qəbələ”, “Neftçi” – “Sumqayıt”.
www.yenicag.az