“Qarabağ”dan Ramazan bayramı münasibətilə azarkeşlərə jest

media-hightechnic-468x90

“Qarabağ” Ramazan bayramı münasibətilə azarkeşlərinə jest edib.

Ağdam klubunun Mətbuat Xidmətindən Yenicag.az-a verilən məlumata görə, Azərbaycan Premyer Liqasının XXXI turunda bu gün keçiriləcək “Zirə” ilə ev oyununa giriş pulsuz olacaq.

Qeyd edilib ki, bu matça bilet almış azarkeşlər növbəti ev qarşılaşması – “Qəbələ” ilə görüşdə həmin biletdən istifadə edə biləcəklər. O da vurğulanıb ki, bugünkü oyun üçün yalnız VIP biletlər satışda olacaq.

“Qarabağ” – “Zirə” matçı saat 20:00-da start götürəcək.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05