“Qarabağ”ın oyununa 10 mindən çox bilet satıldı

media-hightechnic-468x90

Şotlandiyada “Aberdin” və “Qarabağ” klubları arasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununa böyük maraq var.

Yenicag.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 22 000 min nəfərlik azarkeş tutumuna malik “Pittodri” stadionunda oynanılacaq qarşılaşma üçün 10 000-dən artıq bilet satılıb.

Satışa ümumilikdə 18 000 bilet çıxarılıb. Qiymətlər 6 – 32 funt sterlinq arasında dəyişir.

Qeyd edək ki, avqustun 26-da keçiriləcək “Aberdin” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. İlk görüşdə Ağdam klubu 1:0 hesablı qələbə qazanıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600