Qatil dəmiryolçular-Azərbaycanda

media-hightechnic-468x90

hebs 030714Dəmir yolu parkını mühafizə edən vəzifə səlahiyyətlərini aşmış mühafizə əməkdaşları tutulublar.

Yenicag.az azvision-a istinadən xəbər verir ki, aprelin 15-də Sumqayıt şəhərinin ərazisində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mühafizə İdarəsinin əməkdaşları T.Ağabəyovun və A.Mursayibovun mühafizə etdikləri Şirvan deposunun dəmir yolu parkının ərazisinə daxil olmuş Rasim Qurbanov istiqamətində tabel silahından atəş açmaları və sonuncunun ölməsi faktı ilə əlaqədar 16.04.2015 tarixdə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) və 309-cu (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi başlanıb.

Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində T.Ağabəyov və A.Mursayibov tutulub, hadisəni törədərkən istifadə etdikləri 2 ədəd xidməti “Revolver” tipli tapança götürülüb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600