Qaynatasından İradəyə dəyərli hədiyyə

media-hightechnic-468x90

hjgjhgjhBu gün sevilən müğənni İradə İbrahimova yeni yaşına qədəm qoyur.

media-banner_tuq

İ.İbrahimova ad günü ilə bağlı təəssüratlarını media nümayəndələri ilə bölüşüb. Ətrafındakı insanlardan həmişə sevgi və doğmalıq görən İradə bunun Tanrının ən böyük lütfü olduğunu bildirib:

“Mənə bu yaşımı görməyi nəsib etdiyinə görə Allaha şükr edirəm. Yaş üstə yaş gəldikcə daha da dolğunlaşdığımı və kövrəkləşdiyimi anlayıram. Övladım dünyaya gələndən həyat məndən ötrü daha çox şirinləşib,” – deyən sənətçi ad gününü dostları ilə birlikdə qeyd edəcəyini vurğulayıb:

“Ən önəmlisi odur ki, bu günümdə bacım Nigar yanımdadır. İlk təbriki də bacımdan və həyat yoldaşım Ceyhundan almışam. Hədiyyələrini də axşam verəcəklər. Hələlik ilk hədiyyəm qaynatamdan gəlib – antik qramofon. Çox dəyərli hədiyyədir. Ad günümü Əlixan Səmədovun nikah yeməyinə qatılmaqla keçirəcəm. Daha sonra ailə üzvlərimiz və dostlarımızla bir yerə toplaşacağıq”(axşam.az).

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05