Qazaxda ağır qəza: minik avtomobili ilə TIR toqquşub

media-hightechnic-468x90

Qazaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.

media-banner_tkm

Yenicag.az APA-nın yerli bürosunun məlumatına istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun İkinci Şıxlı kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki Qazax rayon sakini 2006-cı il təvəllüdlü R.Hacımahmudov atasına məxsus “Mercedes “markalı minik maşını ilə hərəkətdə olarkən yol kənarında dayanan İran vətəndaşı 1995-ci il təvəllüdlü E.Amirdirə məxsus “Volvo” markalı TIR-a çırpılıb, nəticədə minik maşını deformasiyaya uğrayıb.

Qəza zamanı minik avtomobilinin sürücü 2006-cı il təvəllüdlü R.Hacımahmudov, onun sərnişinləri 2010-cu il təvəllüdlü G.Məmmədova və 1998-ci il təvəllüdlü V.Göyüşova xəsarət alıb. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib, xəsarət alanlardan 2010-cu il təvəllüdlü G.Məmmədovanın vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə minik maşını toydan qayıdan zaman qəzaya düşüb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05