Qazaxıstan və Qırğızıstan rəsmiləri Azərbaycana gəlib
Qazaxıstan parlamenti Məclisinin sədri Kabibulla Cakupov və Qırğızıstan parlamentinin sədri Asilbek Jeenbekovun başçılıq etdikləri nümayəndə heyətləri Azərbaycana səfərə gəlib.
Səfərdə məqsəd TürkPA-nın Bakıda keçiriləcək 5-ci plenar sessiyasında iştirak etməkdir.
Qeyd edək ki, TürkPA sessiyasında iştirak edəcək nümayəndə heyətləri Azərbaycan Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərovun müşayiəti ilə bu gün Fəxri xiyabanda Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və Türk şəhidliyini ziyarət edib.