Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Qazilərimizdən Türkiyə millisinə dəstək - FOTOLAR

20 iyun tarixində “Davam” Gənclər Hərəkatı və xeyriyyəçi Kamil Zeynallının təşkilatçılığı, “YAŞAT” Fondu, “BakuBus” MMC-nin dəstəyi ilə 40-dan çox qazi Bakı Olimpiya Stadionunda “Avro-2020”nin A qrupunun III tur çərçivəsində keçirilən Türkiyə-İsveçrə oyununu izləyib.

Yenicag.az xəbər verir ki, oyun zamanı üstünlük təşkil edən Vətən müharibəsi qaziləri ilə yanaşı? Aprel döyüşləri veteranları, “Davam” Gənclər Hərəkatının sədri Nihad Allahyarlı, xeyriyyəçi Kamil Zeynallı da qazilərimizlə birlikdə olub.

Oyun bitdikdən sonra maraqlı anlar yaşanıb. Belə ki, stadionu tərk edən qazilərimizi görən türk azarkeşlər onları böyük coşqu ilə qarşılayıblar. Oyundakı məğlubiyyətə baxmayaraq, azarkeşlərin qazilərlə birlikdə “Qarabağ bizimdir!” deyə qışqırması ətrafdakı hər kəsin marağına səbəb olub. Bu anları özündə əks etdirən görüntülər sosial mediada matçla bağlı ən çox paylaşılan videolar arasında olub.

www.yenicag.az

181
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100