!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Qəbələ" 3 xalı 3 qolla qazandı, "Keşlə" yenə uduzdu

!Reklam – Yazi

Bu gün Azərbaycan Premyer Liqasında 11-ci tura start verilib.

Yenicag.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

“Qəbələ” doğma azarkeşləri önündə “Səbail”i qəbul edib və inamlı qələbəyə sevinib. Adını dəyişən “Keşlə” isə “Sumqayıt”ın qonağı olub. Yeni baş məşqçi Ramiz Məmmədovun rəhbərliyi altındakı ilk oyun paytaxt təmsilçisinin məğlubiyyəti ilə başa çatıb.

Turun digər iki oyunu isə sabah baş tutacaq. “Kəpəz” “Qarabağ”ı, “Zirə” isə “Neftçi”ni qonaq edəcək.

4 noyabr (şənbə)

16:00.“Qəbələ” – “Səbail” – 3:1
Qol: Famussa Kone, 16 (1:0), Baqali Dabo, 29 (2:0), 83 (3:0), Eltun Yaqublu, 87 (3:1)

Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Vüsal Qənbərov, Elvin Əsgərov
Qəbələ şəhər stadionu

“Sumqayıt” – “Keşlə” – 3:1

Qol: Denis Silva, 30-avtoqol (1:0), Nizami Hacıyev, 44 (1:1), Amil Yunanov, 52 (2:1), Adrian Skarlatake, 71-avtoqol (3:1)

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Ziya Nəsirov
Kapital Bank Arena

5 noyabr (bazar)

13:00.“Kəpəz” – “Qarabağ”
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Elşad Abdullayev, Orxan Məmmədov
Gəncə şəhər stadionu

17:00.“Zirə” – “Neftçi”
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Mehman Mahmudov, Fariz Yusifov
Zirə İdman Kompleksinin stadionu

COP29

www.yenicag.az

3259
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv