Qəsəbə sulara qərq oldu
Dünən gecədən yağan yağışın təsiri nəticəsində Biləcəri qəsəbəsi, Yeni Yaşayış Massivinin bir hissəsi sular altında qalıb.
Yenicag.az xəbər verir ki, sözügedən massivdə drenaj sisteminin olmaması səbəbindən, məhəllərdə geniş gölməçələr əmələ gəlib. Nəticədə, axan yağış suları həyətlərə, hətta fərdi evlərin zirzəmilərinə belə dolub. Ərazidən gediş-gəliş mümkünsüz hala gəlib. Asfalt örtüyü demək olar ki, sıradan çıxıb.
Dəfələrlə sakinlər aidiyyatı qurumlara müraciət etsələr də, problem həllini tapmayıb. Bildirilir ki, bu ilin sonunda məsələ öz müsbət həllini tapacaq.