Qətldə şübhəli bilinərək tutulub

media-hightechnic-468x90

Polis_bolmesi_031012Bakıda qonşusunu qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub.

Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 19-da saat 21:40 radələrində, Binəqədi qəsəbəsi 1-ci Mədən küçəsində yaşayan 1981-ci il təvəllüdlü Nurlan Ağayevi bıçaqla qətlə yetirməkdə şübhəli bilinən qonşusu 1959-cu il təvəllüdlü Çərkəz Yusifov tutulub.

Səbail Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə dekabrın 18-də günorta saatlarında Xaqani küçəsində Bakı şəhər sakinləri – Fuad Cahangirli və Fərid Cəmillilyə bıçaqla ağır bədən xəsarəti yetirməkdə şübhəli bilinən Füzuli rayon sakini, 1996-cı il təvəllüdlü Sübhan İbişov tutulub.

(trend.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600