Qəza nəticəsində 1 nəfər öldü

media-hightechnic-468x90

publika.az1397292007qezaBu gün səhər saatlarında Qusar rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, hadisə Bakı-Quba-Rusiya federasiyası yolunun Qusar rayonun Atlıxan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Sumqayıt şəhər sakini Ağamalıyev Qərim Kamran oğlunun idarə etdiyi “Ford Tranzit” markalı avtomaşın yoldan çıxaraq aşıb. Qəza nəticəsində maşında olan sərnişin, Sumqayıt şəhər sakini, 1960-cı il təvəllüdlü Süleymanova Tahirə Yusif qızı dünyasını dəyişib, sürücü isə müxtəlif bədən xəsarətləri alıb.

İlkin olaraq hadisəyə səbəb kimi yolu buzlu olması göstərilib.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin İstintaq və təhqiqat bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600