!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qlobal elektrik enerjisinə tələbatın azalacağı gözlənilir

!Reklam – Yazi

Qlobal elektrik sektorundan karbon emissiyaları bütün zamanların ən yüksək həddindən aşağı düşəcək.

Yenicag.az “haberglobal”a istinadən bildirir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) Elektrik Enerjisi Bazarı Hesabatında məlumat verilib.

Hesabata əsasən, elektrik enerjisinə tələbatın azalmasına təsir edən əsas amil koronavirus pandemiyasından sonra iqtisadiyyatlar bərpa olunmadan, Rusiya ilə Ukrayna arasında müharibənin başlamasıdır.

Rusiya-Ukrayna müharibəsi dünya üzrə iqtisadi inkişafın zəifləməsinə təkan verməklə yanaşı, təbii qazın və kömürün qiymətlərinin artmasına səbəb olub.

Məlumata görə, cari ilin birinci yarısında Avropada təbii qazın orta qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə 4 dəfə, kömürün qiyməti isə 3 dəfə artıb. Kömür və qaz qiymətlərindəki artımlar bir çox bazarlarda elektrik enerjisinin qiymətlərini də üç dəfədən çox artırıb.

Hesabatı dəyərləndirən BEA-nın Enerji Bazarları və Təhlükəsizliyi Direktoru Keisuke Sadamori bildirib ki, Rusiya-Ukrayna müharibəsinin təsiri ilə dünyada qlobal enerji böhranı yaşanır:

“Elektrik sektoru ən çox zərər çəkmiş sektorlar arasındadır. Bu, xüsusilə enerji bazarında ciddi təlatümlərin yaşandığı Avropada özünü göstərir.

Tədarük məhdudiyyətləri və artan qiymətlərin yaratdığı problemlər özünü daha çox inkişaf etməkdə olan iqtisadiyyatlarda göstərir. Buna görə də hökumətlər təcili tədbirlər görməlidirlər. Onlar problemin həll yollarını axtararkən təmiz enerji keçidinin sürətləndirilməsinə diqqət yetirməlidirlər. Çünki bu böhrana ən təsirli və uzunmüddətli cavab təmiz enerji mənbələri ilə əldə edilə bilər”.

Gülşən Şərif

www.yenicag.az

393
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv