Qubada 78 yaşlı kişi yandı
Quba rayonunda bədbəxt hadisə baş verib. Hadisə Quba şəhərinin Gənclər küçəsi, mənzil 50 ünvanında qeydə alınıb. Ev sahibi 78 yaşlı Əlixanov Eynulla Niyətulla oğlu təbii qazla ehtiyatsız davrandığından yanıq xəsarətləri alıb. Zərərçəkənin qonşularının verdiyi məlumata görə, mətbəxdə qaz sobası açıq qalıb və içəri qaz dolub. E. Əlixanov sobanı yandıran zaman partlayış baş verib. E.Əlixanov yanıq xəsarətləri alaraq Quba Mərkəzi Rayon Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib. Yaralıya üzün, hər iki yuxarı ətrafın II dərəcəli termiki yanığı diaqnozu qoyulub. Tibb müəssisəsindən onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırmalar aparılır. (apa.az)