Reklam: Sinerji

RAMAZAN: XƏBƏRLƏR, MƏQALƏLƏR VƏ MƏSLƏHƏTLƏR

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Qumar oynayıb, dava etdilər - Aldıqları cəza hərkəsi ŞOKA SALDI

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın pandemiya ilə mübarizə çərçivəsində qəbul edilən sosial məsafəni qorumayanların cəzalandırılması haqqında imzaladığı qanun aprelin 4-dən qüvvəyə minib.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, sözügedən qanunun qəbulundan sonra ölkədə artıq ilk cəzalar tətbiq edilib.

Məlumata görə, qumar oynayan və dava edən bir qrup şəxs yeni qanunun sərt üzünü görməli olub.

Qrupa daxil olan şəxslər saxlanılıb və onlar qumar oynadıqlarına görə yox, sadəcə, sosial məsafəni qorumadıqları üçün cərimələniblər.

Hadisə ilə bağlı mediaya açıqlama verən Türkiyənin daxili işlər naziri Süleyman Soylu bunları deyib:

“Bir qrup şəxs dava etdiyi üçün həbs olunub. Lakin onlar dava saldıqları üçün yox, sosial məsafəni qorumadıqları səbəbindən 3 min 150 lirə cərimələniblər.

Bizimkilər sosial məsafəni qorumamağa öyrəniblər, başqa bir qrup da qumar oynayarkən yaxalanıb və onların da hər birinə 3 min 150 lirə cərimə yazılıb. Prezidentimizə minnətdarıq”, – deyə bildirib.

Qeyd edək ki, 3 min 150 lirə təqribən 791 AZN təşkil edir.

Rufina Əlizadə

www.yenicag.az

618
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100